Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 15:09:00
Ukrayna təhsilini nə gözləyir? - Müharibə ilə üz-üzə

Hazırda bütün dünyanın əsad diqqəti Ukraynaya yönəlib. Son baş verən siyasi hadisələr, yeniliklər bu ölkəyə müxtəlif sferalar üzrə marağı daha da artırır.

 

Ukraynanın xarici əlaqələri və ölkə daxili məsələləri ilə yanaşı, təhsil sistemi də bir çox ölkə gənclərinin diqqətini özünə çəkməyi bacarır.

 

AzEdu.az maraqlı nüanslarla dolu, təhsil almağın daha rahat və uyğun olduğu Ukrayna təhsil sistemini təqdim edir.

 

Ukraynada təhsil sistemi Avropa təhsil sisteminə uyğunlaşdırılmış formada qurulub və bu şəkildə həyata keçirilir. Müəyyən iqtisadi məsələlərə görə, əsasən, maddi baxımdan əlverişli olduğu üçün bu ölkədə ali təhsil almaq müxtəlif ölkələrlə yanaşı, bir çox türk və azərbaycanlı tələbələrin də əsas seçimlərindəndir.


6 yaşından 15 yaşına kimi hər kəsin təhsil alması məcburidir. Şagirdlər bu müddətin ilk dörd ilində ibtidai təhsil alırlar. Aşağı orta təhsil, yəni "osnowna serednia shkola" orta məktəbi 10-15 yaş arası uşaqlar üçündür, yalnız bundan sonra onlar orta məktəbi bitirmək sənədi əldə etmək üçün haqq qazana bilərlər. Tədris proqramına Ukrayna dili və ədəbiyyatı, xarici dillər, cəbr, biologiya, kimya, coğrafiya, həndəsə, tarix, fizika, musiqi, incəsənət və bədən tərbiyəsi daxildir.

 

Tam orta təhsil pilləsinə keçən şagirdlər bir sıra fənlərdən test edilirlər

 

Şagirdlər ümumi orta təhsil pilləsini başa vurduqdan sonra tam orta təhsil pilləsi üzrə tədris prosesinə başlayırlar. Bu təhsil müddətində məktəb şagirdləri Ukrayna dili və ədəbiyyatı, ingilis, alman, fransız, ispan dilləri, həmçinin biologiya, kimya, coğrafiya, riyaziyyat və fizika fənləri üzrə biliklərini yoxlamaq üçün bir sıra imtahanlar verirlər.

 

Bu ölkənin ali təhsil sistemi avropa standartlarına uyğun qurulub, hətta bakalvriat pilləsindən əvvəl 1 il hazırlıq təhsili aparılır

 

Ukraynada təhsil sistemi çərçivəsində 1 il hazırlıq və 4 il bakalavr olmaqla 5 illik universitet təhsili təklif olunur. Texniki sahələr üzrə ixtisas təhsili alan şəxslər 1,5 il müddətində təhsillərini davam etdirirlər. Ukrayna universitetlərində bakalavriatura ilə yanaşı, magistratura təhsili də verilir. Burada pillə üzrə təhsil müəddəti 2 il davam edir. Bir il hazırlıq təhsili alan şəxslər magistraturada rus dilində təhsil alırlar. Ukrayna universitetlərində doktorantura təhsili 3-6 il müddətini əhatə edir.

 

Avropa standartlarında qabaqcıl universitet təhsili təklif edən Ukrayna son bir neçə ildə təhsil sahəsində ən çox seçilən ölkələrdən birinə çevrilib. Ukraynada Təhsil Sistemi YUNESKO və Avropa İttifaqı meyarlarına uyğun şəkildə qurulduğu üçün tələbələr Avropa standartlarında təhsil ala bilirlər.


Bu ölkədə ali təhsil ekonomik cəhətdən əlverişlidir,bir çox universitet tələbələri yataqxana ilə təmin edir


Ukraynada universitet təhsilinin mərhələləri; ilkin ixtisaslaşma, bakalavr, ixtisas və magistr mərhələlərindən ibarətdir. Tələbələr hər semestri bitirdikdə 3 ilə 5 arasında sınaqlardan keçirilirlər. Bu testləri uğurla başa vuran tələbə yeni tədris dövrünə daxil olmaq hüququ qazanır. Ukraynada bazar günləri istisna olmaqla dərslər hər gün davam edir.

 

Digər Avropa ölkələri ilə müqayisədə Ukraynada universitet təhsili almaq olduqca qənaətcildir. Tələbələr Ukraynada aylıq 200 dollardan 300 dollara qədər olan xərclə təhsillərini davam etdirə bilərlər. Bundan əlavə, bir çox universitetlər tələbələrinə təqdim etdikləri çox qənaətcil yataqxana imkanları ilə böyük ölçüdə yaşayış probleminin həllini təklif edir.


Ukraynada imtahan vermədən universitetə daxil olmaq mümkündür


Ukrayna universitetlərində təhsil rus və ukrayna dillərində verilir. Ancaq bəzi şöbələrdə təhsil ingilis dilində də verilə bilər. Ukrayna Avropa İttifaqının imzaladığı Boloniya konvensiyasına daxildir. Bu səbəbdən universitetlər məzunlarına Avropa Birliyində etibarlı olan Mavi Europass diplomları verirlər. Ukrayna Universitetlərini bitirən tələbələr bu diplom sayəsində Avropada birinci dərəcəli diploma sahib olurlar.

 

Bu ölkənin ali təhsil müəssisələrində təhsil almağa qərar verən tələbələr sentyabrın 15-dən noyabrın 15-dək hazırlıq təhsilinə başlayırlar, bu müddət isə 10 ay davam edir. Hazırlıq sinfində tələbələrin ukrayna, rus və ingilis dilləri arasında seçim etmək hüququ var.

 

Bəs Ukrayna universitetlərində təhsil almağın nə kimi üstünlükləri var?

 

• 3 dildə, ingilis, rus və ukrayna dillərində təhsil almaq imkanı
• Avropa təhsil sisteminə barəbar təhsil
• Təhsil xərclərinin aşağı olması
• Yaşam xərclərinin əlverişliliyi
• Təhlükəsiz mühitdə tələbə həyatı
• Fərqli mədəniyyətlərlə tanış olmaq imkanı
• Universitet təhsilindən sonra Avropanın müxtəlif şəhərlərində işləmək imkanı