Azedu.az

Bu ildən etibarən doktoranturada dövlət sifarişli yerlər olacaq-RƏSMİ

Təhsil Nazirliyi

17 Sentyabr 2021, 10:59
Bu ildən etibarən doktoranturada dövlət sifarişli yerlər olacaq-RƏSMİ

“Bu ildən başyaraq isə biz doktoranturanın maliyyələşməsində də adam başına maliyyələşmə sisteminə keçidi həyata keçirmişik”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

 

Şöbə müdiri bildirib ki, artıq doktorantura səviyyəsi üzrə də dövlət sifarişli yerlər olacaq:

 

“Həm bakalavariat, həm də magistratura səviyyəsi üzrə təhsil sisteminin maliyyələşməsi adam başına maliyyələşmə sistemi hesabına həyata keçirilir. Bundan sonra doktoranturada dövlət sifarişli yerlər olacaq və onlar adam başına maliyyələşmə hesabına həyata keçiriləcək”.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox