Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-24 16:17:00
“Bu ixtisasları seçənlər işsiz qalmayacaq”-VACİB açıqlama

“IV qrupda 2 növ ixtisaslar var: Tibb və kənd təsərrüfatı. Yüksək nəticə göstərən abituriyentlər təəssüf ki,  kənd təsərrüfatına aid ixtisasları seçmirlər. Burada  dövlət sifarişli yerlər çoxdur”.

 

Bu fikirləri canlı yayım zamanı DİM sədri açıqlayıb. O, qeyd edib ki, kənd təsərrüfatı ixtisaslarını seçən abituriyentlərin gələcəkdə iş tapmaq problem olmayacaq:

 

 “Bu istiqamətdə lazımlı kadrları xaricdən gətirməyə məcbur olurlar. 5-10- ildən sonra bütün dünyada bu sahədən olan mütəxəssislərə çox böyük ehtiyac olacaq. Bu şəxslər işsiz qalmayacaq”.