Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-24 15:20:00
İxtisaslar üzrə plan yerləri I və IV qruplarda necə dəyişib?-DİM sədri açıqladı

“Abituriyent 4 jurnalında rus bölməsi ürə  21-ci səhifədə dövlət sifarişli yerlər göstərilib. Azərbaycan bölməsində isə 29-cu səhifədə bütün qruplar üzrə bu qeyd olunub. Bunun üçün jurnalı nəzərdən keçirmək lazımdır”.  

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri DİM sədri Məleykə Abbaszadə canlı yayımda qeyd edib. O, qruplar üzrə artan plan yerlərindən də danışdı:

 

“I qrup üzrə 820 dövlət sifarişli yer artıb, 4 cu qrup üzrə isə 75 yer. Ali məktəblər üzrə göstəricilər fərqlidir. Canlı yayımdan sonra bu cədvəllərlə tanış ola biləcəksiniz”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları