Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 10:54:00
“Müəllimlərin məzuniyyət vaxtı kurs və təlimlərə cəlb olunması qanunsuzdur” – Ekspertdən irad   

“Əksər ərazilərin rayon təhsil şöbələri qanunsuz və əsassız olaraq müəllimləri təlim, kurslara göndərirlər. Bu kursların bir məqsədi və ya nəticəsi olmalıdır. Lakin onların heç bir əsası və hüquqi bazası yoxdur.  Xüsusilə də məzuniyyət vaxtı müəllimin hansısa kursa göndərilməsi tamamilə qanunsuzdur”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, bir çox ərazilərdə müəllimlərin hətta məzuniyyət vaxtı belə müxtəlif kurslara cəlb olunduğunu, əslində isə bunun heç bir qanuni əsası olmadığını vurğulayıb:

“Orta məktəbdə çalışan müəllimlərin hansısa imtahan nəticəsinə görə təlim və ya kurslara göndərilməsi barədə rəsmi qərar yoxdur. Təhsil işçilərinin vahid sorğu kitabçasına və qanunvericilik aktlarına görə müəllimlər beş ildən bir təkmilləşmə kurslarına cəlb olunurlar. Bu kursların müddəti isə bir ay olur”. 

Onun sözlərinə görə vaxtilə bəzi müəllimlərin təlimlərə cəlb olunması nəzərdə tutulsa da, bu tətbiq edilmədi: 

“Təhsil Nazirliyi 2014- cü ildən etibarən Diaqnostik Qiymətləndirmə  keçirməyə başladı. Bu imtahanlar 4500 orta məktəbdə çalışan 151 min müəllimin əhatə edəcəkdi. DQ imtahanlarında zəif bal toplayan müəllimlərin isə Təhsil Nazirliyi tərəfindən təlimlərə və təkmilləşdirmə kurslarına cəlb olunmaları nəzərdə tutulmuşdu. Amma bu mexanizm tətbiq edilmədi”.

Ekspert müəllimlərin xüsusilə də məzuniyət vaxtı hansısa kurs və ya təlimə cəlb olunmasının qanunsuz olduğunu bildirib:

“Əksər ərazilərin Rayon Təhsil Şöbələri qanunsuz və əsassız olaraq müəllimləri təlim, kurslara gödərirlər. Bu kursların bir məqsədi və ya nəticəsi olmalıdır. Onu bitirdikdən sonra müəllimin dərs saatı artırılmalı və ya müəyyən uğurun əldə edilməlidir. Bundan əlavə, kurslarda bilik səviyyələri, Diaqnostik Qiymətləndirmədə toplanan bala görə qruplaşmalar tətbiq edilməlidir. 

Yəni, həmən kursların heç bir əsası və hüquqi bazası yoxdur. Ona görə ki, müəllimlərin dərs bölgüsü Diaqnostik Qiymətləndirmənin nəticəsi əsasında həyata keçrilir. Xüsusilə də məzuniyyət vaxtı müəllimin hansısa kursa göndərilməsi tamamilə qanunsuzdur”.

Lamiyə

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları