https://www.zirve.edu.az/
25.12.2019 11:46
Qazaxıstan mətbuatı Azərbaycanın peşə təmayül siniflərindən yazdı
Çap et

Qazaxıstan mətbuatı Azərbaycandakı peşə təmayüllü siniflər haqda xəbər yayımlayıb.

AzEdu.az xəbər verir ki, yayımlanan materialda peşə təmayül sinifləri yaradılmasından, bu istiqamətdə görülən işlərdən, gələcək perspektivlərdən və s. danışılıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində ölkə üzrə 20 ümumtəhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 nəfər şagird təhsil alır. Bu siniflərdə tədris Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı və müvafiq modul spesifikasiyası üzrə təmayülləşmə əsasında təşkil edilib.  Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə layihələr də tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr keçirilir. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir.