“Hazırda Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına və tətbiqinə xüsusi diqqət ayırmalıdır. Bu texnologiya böyük imkanlara malikdir və onun tətbiqi ilə biz böyük nailiyyətlər əldə edə bilərik”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bunu universitetin İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının müdiri, akademik Telman Əliyev deyib.
Akademik qeyd edib ki, Bu sahənin günümüzdə çox böyük əhəmiyyəti var: “Təhsildə xüsusilə süni intellektin imkanlarından istifadə etməli və tələbələrə bu sahəni yaxşı tədris etməliyik. Azərbaycanda bizim maraqlı olan sahələr – neftayırma, kənd təsərrüfatı, tikinti, energetika, yüngül sənaye və digər sahələri – intellektual informasiya texnologiya və sistemlərinin tətbiqilə müasirləşdirmək və təkmilləşdirmək əsas hədəflərimizdəndir. Əgər biz bu addımları atmasaq, irəliləyiş əldə etdiyimiz sahələrdə geridə qala bilərik”.