Azedu.az

Professor, dosent, elmi dərəcəsi olanların maaşı ARTDI

Ali təhsil

Müəllimlər və elm adamları

27 Dekabr 2024, 13:05
Professor, dosent, elmi dərəcəsi olanların maaşı ARTDI

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri təsdiqlənib.

AzEdu.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni məbləğlər aşağıdakı kimi olacaq:

152267

Qərara əsasən, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 19,60 manat, dosent və ya fəlsəfə doktoru üçün 14,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 9,60 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 12,50 manat, geyimsiz naturada isə 20,70 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

 

Rusiyada səfərbərlik başlayır! Azərbaycanlılara kritik xəbərdarlıq
Son xəbərlərDaha çox