Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 12:50:00
Bu gün keçirilən direktorların işəqəbulu imtahanından maraqlı görüntülər - FOTO  

Bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin sonuncu test imtahanı keçirilib. Bu mərhələdə 1600-dən artıq namizəd iştirak edib. Müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

AzEdu.az xəbər verir ki, namizədlərdən 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığını cavablamaq tələb olunur.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak etmək imkanı qazanıblar. Imtahanda üzürlü səbəblərdən iştirak edə bilməyənlər üçün yenidən imtahan təşkil olunmayacaq.

AzEdu.az direktorların işə qəbul imtahanından fotoları təqdim edir:

Foto: İsmət Paşa

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları