Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 16:00:00
Direktor olmaq istəyənlər mütləq bu sualları cavablamalıdırlar – AzEdu.az-dan dəstək  

Bu gün direktorların işə qəbul imtahanı keçirilir. Bu mərhələdə 1600-dən bir qədər çox şəxsin iştirak etməsi gözlənilir.

AzEdu.az bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə bağlı ən çox verilən suallardan biri də budur:

-Bir şəxs digər(pedaqoji olmayan) fakültəni bitirib, ali təhsil müəssisələrinin birində ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur və 5 ildən az olmayan pedaqoji təcrübəsi varsa, direktorların işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?

Cavab:

Xeyr! Çünki direktorların müsabiqəsinin qaydalarına uyğun olaraq namizədlər  sırf pedaqoji və ya təhsilin idarəetməsi ixtisasları üzrə ali təhsilə, 5 ildən az olmayan pedaqoji staja malik olmalıdırlar. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və adı olanlar üçün isə  bu limit 3 ildir.

Hətta namizəd müvafiq staja, uyğun ixtisasa sahib olsa belə,  müsabiqədə iştirak edə bilməz. Çünki həmin şəxsdən tələb olunan başqa bir məqam onun hazırda ümumtəhsil müəssisələrində əsas iş yeri üzrə pedaqoji fəaliyyətlə məşğul olmasıdır.

Burada əsas məqsəd müəllimlərin təşviq olunması, stimullaşdırılmasıdır. Direktor olmaq istəyənlər hökmən ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar. Kənardan gələnlərin birbaşa bu vəzifəyə təyin olunması artıq məhdudlaşdırılıb.

Qeyd edək ki, bu gün direktorların işə qəbul imtahanının test mərhələsi keçirlib. Saat 10da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Imtahan zamanı namizədlərdən 90 dəqiqə ərzində 60 sualı cavablaması tələb olunur. İmtahanlar üçün 4 seans təşkil olunur. Ümumilikdə gün ərzində 800-dən bir qədər artıq namizədin imtahanlara cəlb olunması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları