Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 15:10:33
Məktəb direktorunun bir məktəbdən digərinə köçürülməsinin şərtləri açıqlandı

Direktorların işinin tənzimlənməsi haqda ən çox verilən suallardan biri də bu vəzifə sahiblərinin yerdəyişməsi ilə bağlıdır. Bakıda rotasiya tətbiq olunur və bir məktəb direktorunun müəyyən müddət sonra digər orta təhsil müəssisəsinə rəhbər təyin olunmasını eşidirik.

-Bu prinsip bölgələrdə də tətbiq oluna bilərmi? Ümumiyyətlə, direktorların yerdəyişməsi necə həyata keçirilir.

AzEdu.az xəbər verir ki, bu sualı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun müdir əvəzi Murad Camalzadə Təhsil tv-də cavablandırıb.

Onun sözlərinə görə, hazırda planlaşdırılmış rotasiya yerlərdə həyata keçirilmir. Direktor təhsil nazirinin əmri ilə işdən azad olunan və işə təyin edilən vəzifələr kateqoriyasına aiddir. Yəni, istənilən direktorla əmək müqaviləsinin bağlanması, onun ləğvi birbaşa təhsil nazirinin səlahiyyətinə aiddir:

“Hansısa direktorun bir təhsil müəssisəsindən digərinə köçürülməsi ilə bağlı  öncə Təhsil Nazirliyi əmr verməlidir. Mütəşəkkil rotasiya prosesi hələ ki, həyata keçirilmir. Amma bu məsələ üzərində düşünülür. Bu haqda nəsə demək hələ tezdir”.

Qeyd edək ki, direktorların işə qəbul imtahanının test mərhələsi bu gün keçirlir. Saat 10-da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. İmtahan zamanı namizədlərə 90 dəqiqə ərzində cavablamaq üçün 60 test sualı təqdim olunur.

Müsahibə mərhələsinin isə dekabrda keçirilməsi nəzərdə tutulub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları