Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 12:13:00
“Burada heç kim özündən Amerika açmayıb, ötənilki məzunlar məcbur olub..” – Ekspert acımazıslığı  

“Yeni qəbul modelində heç kim özündən Amerika açmayıb. Buraxılış imtahanları ilə qəbul imtahanları  birləşdirilərək  asional model ortaya qoyulub. Müəllimlər repetitorluqdan  çox orta məktəblərdə dərs deməyə önəm verməlidirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Etibar Əliyev deyib. Onun sözlərinə görə, kurikulum sistemi artıq məktəblərə daxil olub:

“Sistem tamamilə məktəblərin içərisindədir. Müəllimləri təlqin edir ki, açıqtipli tapşırıqları, riyazi və mətnlərlə işləmə bacarıqlarını şagirdlərə aşılamaq lazımdır. Bu vasitəylə müəllimlərin də bilik səviyyəsi dəqiqləşəcək. Repetitorlar və məktəb qapalı tipli tapşırıqlara vərdiş ediblər”.

Ekspert qeyd edib ki, açıqtipli tapşırıqların həlli və nəticələr, Azərbaycan dilinə qoyulan tələblər müəllimlərin keçdiyi dərsin keyfiyyətini də müəyyənləşdirəcək:

“Burda heç kim özündən Amerika açmayıb. Buraxılış imtahanları ilə qəbul imtahanları birləşdirilərək rasional model ortaya qoyulub. Müəllimlər repetitorluqdan çox orta məktəblərdə dərs deməyə önəm verməlidirlər.

Bu mənada əvvəlki illərin məzunları da yeni sistemə ayaq uydurmaq məcburiyyətindədirlər”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında  əvvəlki illərin məzunlarının 2019-cu ildə keçiriləcək yeni imtahan modelinə və həmin ilin tələblərinə uyğunlaşmalı olduğunu qeyd edib.

Qeyd:2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Bu sistem əsasında təhsil almayan əvvəlki illərin məzunları da yeni qaydalarla imtahan verəcəklər.

2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları