Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 10:02:00
Ən çox kimlər iş tapa bilmir? - İxtisas seçimi zamanı...

Statistikaya əsasən ali təhsilli məzunların yalnız 42-i faizi öz ixtisası üzrə işləyir. Nəticə etibarı ilə ali təhsilin keyfiyyət göstəricisi 50%-dən aşağıdır.

 

Faizin aşağı olması tələbədən, universitetdən, yoxsa işəgötürənlərin maraqlarından qaynaqlanır?

 

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, problemin kökündə doğru ixtisas seçimi dayanır:

 

“Diqqət etsək görərik ki, əmək bazarında ixtisasına görə iş tapmayanların əksəriyyəti vaxtında doğru ixtisas seçimi etmədikləri üçün istəmədikləri ixtisasa qəbul olublar. Sözsüz ki, ixtisas tələbənin istəkləri ilə üst-üstə düşmədikdə, məzun olduqdan sonra da bu sahə üzrə iş axtararkən ya sevmədikləri bir işdə işləyirlər, ya da kurslara gedərək öyrəndikləri ilə ixtisaslarını fərqli istiqamətdə davam etdirərək hər hansısa bir peşə üzrə işləməyə başlayırlar. Bu da özlüyündə statistikaya öz təsirini göstərir”.

 

“Məzunların öz ixisası üzrə iş tapmaları üçün məktəblərdən, başlamaq lazımdır”, -deyə A.Vəliyev vurğulayıb:

 

“Məzunların ixtisası üzrə işləyə bilmələri üçün məktəb vaxtı sevdikləri sahələri qərarlaşdırmalıdırlar. Eləcə də universitetə qəbul olduqdan sonra bu məsələdə birbaşa universitetlər və dövlət qurumları maraqlı olmalıdırlar ki, gələcəkdə tələbələrimiz öz sevdikləri sahədə təhsil alsınlar və o sahədə peşəkar kadr kimi yetişə bilsinlər. Ancaq bir məqam da var ki, dünyanın inkişaf etmiş ölkələrində əmək bazarının tələbləri tez-tez dəyişir. Bu dəyişim hələ ki, Azərbaycan əmək bazarına bir o qədər də təsiri yoxdur. Bundan şagirdlər, valideynlər, eləcə də məzunlar maksimum istifadə etməlidirlər ki, gələcəkdə biz də inkişaf etmiş ölkələrin sırasına daxil olduqda, əmək bazarımız, ixtisaslarımız sürətlə dəyişəndə, artıq bizə mənfi təsir etməsin, əksinə inkişafımıza səbəb olsun”.