Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 10:59:00
Uşaqlarda dərsə həvəs yoxdur…- “Tapşırıqlarla çox yüklənirlər”

Yaşının neçə olmasından asılı olmayaraq uşaqların dərsdən çox oyunlara, müxtəlif əyləncələrə maraqları daha yüksəkdir.  

 

Uşaqlara dərsi sevdirmək, onlarda maraq oyatmaq üçün nə etmək lazımdır?

 

AzEdu.az-a danışan psixoloq Gülnar Orucova qeyd edib ki, uşaqlar ilk gündən etibarən həddən artıq dərslə yüklənir:

 

“Hazırkı təlim proqramı çox çətindir. Məktəbə gedən uşaq 1-ci sinifdən etibarən valideyn tərəfindən repetitor yanına göndərilir. Hazırlığa getdikləri üçün 1-ci sinifi rahat oxuya bilirlər. Lakin artıq 2-ci sinifdən etibarən dərslər şagirdlərə ağır gəlməyə başlayır. Bu isə uşağın məktəbdən uzaqlaşmasına səbəb olur. Müəllimlər də dərsi çox ciddi şəkildə keçirlər. Əylənərək öyrətməyə tamamilə qarşıdırlar. Hətta bəzi müəllimlər təsviri incəsənət, texnologiya, fiziki tərbiyə dərslərində belə riyaziyyat və Azərbaycan dili fənnini keçirlər. Onlar həddən artıq ev tapşırıqları ilə uşaqları yükləyirlər. Şagirdlərə o qədər test aldırırlar ki,  bu da uşaqlarda dərsə həvəssizlik, soyuqqanlılıq, yorulma hallarını yaradır. Onu da qeyd etmək lazımdır ki, əgər təhsil sisteminin proqramı məktəblərdə düzgün keçirilsəydi, yuxarı sinif şagirdlərinin də əlavə olaraq repetitorlara müraciət etməsinə ehtiyac yaranmazdı”.

 

Psixoloq bildirib ki, müəllim ilk növbədə uşaqlara özünü sevdirməli, sonra isə dərsi əyləncəli keçməlidir:

 

“Uşaqlar ətraf aləmlə  tanış olmalıdırlar. Həyat bilgisi fənnində inkişaf etmək üçün müxtəlif yerlər, tarixi abidələr haqqında məlumat veriblər. Şagird həmin abidələrə səyahət etməli, gedib görməlidir. Bizdə isə müəllimlər şagirdləri bu cür yerlərə deyil, restoranlara aparırlar. Uşaqlarımızı mənəvi inkişaf etdirmək üçün tarixi abidələr olan yerlərə aparmaq lazımdır”.