Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 16:07:00
Müəllimlərə vahid forma tələbi: “Ali məktəblərdə tətbiq olunması...”

Zaman-zaman mətbuatda təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün vahid formanın tətbiq edilməsi ilə bağlı fikirlər səslənir.

 

Hətta bəzi məktəblərin müəllimləri vahid forma geyinməyə başlayıblar.

 

Maraqlıdır, ali məktəb müəllimləri də vahid formaya keçə bilər?

 

Bununla bağlı AzEdu.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov qeyd edib ki, orta ümumtəhsil məktəblərində vahid müəllim geyiminin tətbiqi ilə bağlı məsələni müsbət qiymətləndirir:

 

“Düşünürəm ki, bu həm sosial bərabərsizliyə, həm də bütövlükdə məktəb mühitində müəllimlərin fərqlənməsinə təsir göstərəcək. Təbii ki, müəllimlər öz davranışı, dünyagörüşü və əxlaqı ilə hər zaman fərqlənirlər.  

 

Ali məktəb müəllimləri əsasən elm adamları olduğu üçün onlara çərçivə müəyyənləşdirməsini doğru hesab etmirəm. Yəni düşünürəm ki, ali təhsil müəssisələrinin müəllimlərinə vahid forma tələbinin qoyulması düzgün və məqbul deyil.

 

Orta məktəb müəllimlər üçün vahid geyim formasının tətbiqi bütünlükdə təhsilin keyfiyyətinə təsir göstərməyəcək, lakin ümumi məktəb atmosferi, sosial bərabərlik baxımından faydalı ola bilər. Amma ali təhsil müəllimləri üçün belə bir qərarın hər hansı bir fərq yaradacağını düşünmürəm”, - deyə fikrini yekunlaşdırıb.