Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 11:10:00
Sosioloq: Sinifdə 45-50 uşaq olması xaos deməkdir  

Son günlər siniflərdə şagird sayı ilə bağlı müzakirələr səsləndirilir. Bəziləri şagird sayının çox olmasını müsbət qiymətləndirdiyi halda, digərləri bunu mənfi dəyərləndirir.  

 

Bəs, görəsən sinifdəki uşaqların sayı qavrama, öyrənmə və mənimsəmə prosesində özünü necə göstərir? Say çoxluğu sosiallaşma prosesində nə dərəcədə əhəmiyyətə malikdir?

 

Mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, uşaqların sosiallaşma keyfiyyəti 40 nəfərlə də eyni səviyyədədir, 15 nəfərlə də:

 未提供說明。

“Sinifdə 45-50 uşaq olması xaos deməkdir. Müəllim 45 dəqiqə ərzində o uşaqlara heç nə öyrədə bilməz, bu praktik və nəzəri cəhətdən mümkün deyil. Nəzərə alsaq ki, dərsin yarısı müəllimin yazı işlərinə, yarısı izaha, yarısı ev tapşırıqlarının yoxlanmasına, yarısı isə şagirdlərin dərs danışmasına ayırılır. Məntiqi baxımdan hesablayaq, görək bu qədər uşağın hərəsinə 1 dəqiqə vaxt düşür? Sosiallaşmaq üçün ünsiyyət şərtdir, amma bu tək sinifdə olmur”.

 

Sosioloq vurğulayıb ki, sinif sosiallaşmaq üçün yox, təhsil üçündür: “Dərsdə sosiallaşmaq dərsin gedişinə mane olmaq deməkdir. Sosiallaşmaq üçün uşaqların əlavə məşğələlərə, oyun zallarına, ünsiyyətə ehtiyacı var. Ancaq bu fəaliyyət növləri pullu olduğundan hər uşağın getmə imkanı olmur. Bu məsələdə bir az da valideynlərin səhlənkarlığı var. Övladları küçədə oynamaq istəsə də, onun yerinə televizor qarşısında oturdur ki, gözünün qabağında, təhlükəsiz olsun. Amma televizorun, telefonun təhlükəsini nəzərə almırlar”.