Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 16:45:00
İqtisad Universitetinin şəhid tələbə və məzunları… - FOTOLAR

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat almağa davam edir.

 

Sorğumuzun növbəti iştirakçısı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) oldu.

 

UNEC-in Mətbuat katibi Elnarə Məmmədova sorğumuza cavab olaraq qeyd edib ki, 20 yanvar hadisələrində, Azərbaycanın ərazi bütövlüyü uğrunda, Aprel hadisələrində, Vətən müharibəsində, antiterror əməliyyatı zamanı 47 nəfər məzun və tələbəsi şəhid olub:

 

“Həmin 47 şəhidimiz Milli Qəhrəman  Yusif Mirzəyev, Milli Qəhrəman Şahlar Şükürov, Nazim Cəbrayılov,  Qaratel Hacımahmudova, İlqar Əbilhəsənov, Habil Əzizov ,Saleh Səfərov , Rəmzi Əsgərov , Etibar Əliyev, Şamil Rəcəbov,  Elşən Məmmədov, Əli Rəsulov, Aslan Şirinov, Mahir Mirzəyev, Məhəmməd Umudov, Tural Dadaşov, Elçin Qurbanov, Baxış Hüseynov, İlyas Sultanov, Fuad Rzayev, Böyükağa Şahverdiyev, İsax Verdiyev, Bəhruz MəmmədovƏhmədağa İskəndərov, Aqil Mirzəliyev, Məzdək Eyvazlı, Mürsəl Kazımlı, Rüfət Əsgərov, Naib Namətov, Hikmət Şıxməmmədov, Süleyman QarayevTeymur Məcidzadə, Əsəd Əsədli, Ülvi Hacıyev, Anar Qarayev, Hüseyn Muradov, Əbil Cəbizadə, Teymur Zeynalov, Mixail Həmidov , Eldar ƏliyevNofəl Quliyev, Əli Ələkbərov, Məhəmməd QarayevAğaəmi Heybətov, Vidadi Zalov, Fərhad Fərhadlı, Qasim Məmmədhəsənovdur".

 

Mətbuat katibi bildirib ki, universitetin həyətində bütün şəhidlərin fotolarının əks olunduğu Memorial xatirə kompleksi ucaldılıb:

 

“Şəhidlərin anım və doğum günlərində, eləcə də bayramlarda UNEC kollektivi onların ailələrini və məzarlarını ziyarət edərək, əziz xatirələrinə ehtiramlarını göstərirlər. 2021-ci ildə şəhidlərimizdən bəhs edən kitab da çap olunub. Kitablar şəhid ailələrinə təqdim olunub və UNEC-in bütün kitabxanalarında yer alır. Sentyabrın 27-də - Anım günündə UNEC-in müəllim, tələbə və rəhbər heyəti bütün bölgələrdən olan, eləcə də Bakı və Bakı ətrafı rayonlardan olan şəhidlərimizin məzarlarını ziyarət etdilər. İlboyu fakültələrdə şəhid tələbə və məzunların ailə üzvlərinin iştirakı ilə tədbirlər keçirilir, onlar haqqında xatirələr yada salınır, qəhrəmanlıqlarından bəhs olunur. UNEC şəhid ailələrini də daim diqqətdə saxlayır. Bu il 8 Mart Beynəlxalq Qadınlar Günündə UNEC ailəsi şəhid analarını ziyarət edərək, onların bayramlarını təbrik ediblər”.

 

Yeni il, Novruz bayramlarında, eləcə də digər əlamətdar günlərdə tələbələrimiz şəhid övladları üçün əyləncəli gün təşkil edirlər. Onlarla birlikdə film izləyirlər, attraksionlarda əylənirlər. Bütün şəhidlər bizim üçün qəhrəmandır, əzizdir və dəyərlidir, onların xatirəsi daima qəlbimizdə yaşayacaq”.