Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 11:57:00
ADU- da tələbələr hansı səbəblərdən akademik məzuniyyətə çıxırlar?

Tələbələrin təhsil aldıqları müddətdə müəyyən səbəblərə görə akademik məzuniyyət götürmək hüququ var.

 

Maraqlıdır, tələbələr hansı hallarda və neçə müddətlik akademik məzuniyyətdən yararlana bilərlər?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, 2023-cü ildə təxminən 7 min tələbədən 15 tələbə akademik məzuniyyət götürüb:

 

“Onlardan 3 tələbə sağlamlıq imkanları, digərləri isə ailə vəziyyəti ilə bağlı akademik məzuniyyət götürüblər. Eyni zamanda məzuniyyət götürənlərin səbəblərindən biri də xaricdə təhsil almaları ilə bağlıdır. Lakin daha çox ailə və sosial vəziyyəti ilə bağlı tələbələr məzuniyyətə çıxıblar. Universitetdə ali təhsildən imtina edən olmayıb”.