Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-22 10:32:00
Çexiyadakı atışmada ölənlər arasında azərbaycanlı tələbələr var? - RƏSMİ

Xəbər verdiyimiz kimi, dünən Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub. Atışma zamanı 20-yə yaxın şəxs həlak olub, 30-a yaxın yaralı var. Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini bildirib.

 

Dünyanın ən qədim və məşhur ali təhsil müəssisələrindən biri Karlov Universitetində bir çox azərbaycanlı da təhsil alır. 

 

AzEdu.az xəbər verir ki, hadisədə ölən və yaralananların arasında azərbaycanlıların da olub-olmaması barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 

Bildirilib ki, atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.