Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 11:06:42
III kurs tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Şamil Fərzəlizadə Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II Beynəlxalq kimya olimpiadasında I yeri əldə edib.

 

AzEdu.az xəbər verir ki, Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbənin iştirak etdiyi olimpiadada yarışlar 2 kateqoriya üzrə keçirilib.

 

BANM-in tələbəsi olimpiadanın B kateqoriyasında qalib olub.