Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 12:08:00
ADNSU-da tələbələr üçün hansı pulsuz xidmətlər var?

Bəzi universitetlərdə tələbələrin yararlanması üçün müəyyən xidmətlər təşkil olunur. Bu xidmətlər pulsuz olmaqla yanaşı, tələbələrin təhsil həyatını asanlaşdırmaq üçün dəstək xarakteri daşıyır.

 

Bu yazımızda hansı universitetlərdə tələbələr üçün nə kimi pulsuz və ya faydalı xidmətlər olduğu haqqında məlumat veriləcək.

 

Növbəti məlumat Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olacaq. Universitetin İctimaiyyətlə əlaqələr və marketin departamentinin rəhbəri Bəhruz Nəzərov məlumat verib ki, ADNSU-da tələbələr üçün bir sıra pulsuz xidmətlər var:

 

“Sosial həssas ailə qruplarına aid olan  və müraciət edən tələbələr üçün  gün ərzində 1 dəfə nahar verilir. Bundan başqa pulsuz tibbi xidmət də mövcuddur. Universitetin poliklinikası var. Müəssisə tərkibində idman klubları və rəqs ansamblı fəaliyyət göstərir. Bütün tələbələr sadalananlardan tam qarşılıqsız istifadə edə bilər”.

 

Departamentdən verilən məlumata görə hətta universitetdə kitabxanadan istifadə edən tələbələr üçün pusluz yemək və kofe də təmin olunub:

 

“Azİİ elektron kitabevi 24 saat fəaliyyət göstərirdi. Gecə növbəsində kitabxanaya gələn əməkdaş və tələbələr çay və yeməklə təmin olunurdu. Ancaq hazırda gecə növbəsinin fəaliyyəti dayanıb. Pulsuz qida ilə təmin olunma gecə növbəsi üçün nəzərdə tutulmuşdu. Bundan əvvəl isə uzun müddət idi ki, fəaliyyət göstərirdi”.