Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 14:06:00
FLEX- in növbəti QALİBİ: ABŞ-də Azərbaycanı təmsil edəcəyəm”

FLEX proqramının daha bir qalibi Lənkəran şəhər Şürük kənd tam orta məktəbin şagirdi Məlahət Şirinli olub.

 

Belə ki, o, Amerikada yaşayan ailə tərəfindən qəyyumluğa götürüləcək və 1 il müddətində təhsilini orada davam etdirəcək.

 

AzEdu.az-a danışan FLEX-in qalibi Məlahət Şirinli bildirib ki, məktəbimizin direktoru həmişə xaricdə təhsil haqqında bizə məlumat verirdi:

 

“İngilis dili mənə sevdirən müəllimim olub. Amerikadan qayıtdıqdan sonra, Azərbaycanda tibb təhsili almaq istəyirəm. FLEX proqramı haqqında 8-ci sinifdə oxuyanda məlumatım var idi. Artıq 9-cu sinifdən bu proqrama müraciət etmək qərarına gəldim. 11-ci sinifdə müraciət edib final mərhələsinə yüksəldim. Bu proqrama qəbul olmaqda məqsədim ABŞ-də Azərbaycan mədəniyyətini təmsil edib, həmçinin Amerika mədəniyyətini, həyat tərzini, insanlarını öyrənməkdir”.

 

Məlahət Şirinli qeyd edib ki, qəbul olacağını özündən çox ətrafındakılar hiss edirdi:

 

“FLEX proqramının 2, 3-cü mərhələsində ətrafımdakı insanlar Amerikaya gedəcəyimə inanırdılar. Qalib olduğumu eşidəndə valideynlərim məndən çox sevindilər. Ailəm bu proqramdan əvvəl də xaricdə təhsil almağımı istəyirdilər”.