Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 10:03:00
Robotlar bu sahələr üzrə insan əməyini ƏVƏZ EDİRLƏR

Dünyada bir sıra peşə sahələrində insan əməyinə ehtiyac olmadığını müşahidə edirik. Artıq texnoloji cihazlar insanları əvəz etməyi başlayıb.

 

İnformasiya Kommunikasiya Texnologiyaları eksperti Elvin Abbasov mövzu ilə bağlı AzEdu.az-a münasibət bildirib.

 

Ekspert qeyd edib ki, hazırda robotların süni intellektlə birgə harmoniyası sayəsində bir çox sənaye sahələrində ağır işlər icra olunur:

 

“Bu gün dünyada texnologiyalar, eləcə də robotlaşma çox sürətlə inkişaf edir. Peşə sahələrində demək olar ki, insanın konfiqurasiyasından artığını tələb edən sahələrdə robot texnologiyaları istifadə olunur. Robotlar neft-qaz sektorunda, mədənlərdə, maşınqayırma sahəsində ağır insan əməyi tələb edən işləri asanlıqla icra edirlər. Texnologiya yalnız bununla da yekunlaşmır. Avropanın bir çox ölkələrinə nəzər saldıqda görürük ki, sürücüsüz taksilərdən güniş istifadə olunur. Robotlar növlərinə görə human, və cihaz olmaqla qruplara bölünürlər. Human robotlar insan görünüşünə malik robotlara deyilir. Onlar insani funksiyaları ilə digərlərindən fərqlənirlər. Cihazlar isə sənaye robotları hesab olunurlar. Sənaye, eləcə də hərbi sənaye, avtomatlaşma, çöl qazıntıları sahələrində insan əməyi yox, robotların aktiv inkişafı göz önündədir. Məsələn, meliorasiya sahəsində istifadə olunan artezanlar da öz-özlüyündə avtomatlaşır. Onlar məlumatları qəbul edir, suyu açır, buraxır, toplanılan məlumatları, eləcə də işıq, su sərfiyyatını, bölüb, parçalayıb mərkəzə göndərirlər. Bu avtomatikanın özü də o avadanlıqlar avtomatlaşdıqca, robotlaşmış olur”.