Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 09:14:00
ADPU-nun şəhid məzunları...- TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Hüseynov AzEdu.az-a  bildirib ki, universitetin 42 dən çox şəhid məzunu var.

 

“Onlar Rəşid Baxışov, Firuzəddin Cəfərov, Hilal Ələkbərov, Ehtiram Hüseynov, Elman Qəhrəmanov, Mürşüd Məmmədov, İntizam Rəhimov, Əlövsət Şahverdiyev, Hicran Zülfiyev, Müşfiq Balakişiyev, Tağı Məmmədov , Qismət Nurullayev, İdris Səfərov, Orxan Nəbiyev, Firdovsi Tahirov, Rəvan Lətifov, Ceyhun Nüsrətli, Qoşqar Ömərov, Ağaqardaş Abbasov, İlkin Ağaquliyev, Arəstə Baxışova, Elgün Əzizov, Ehtiram Hüseynli, Rəvan Lətifov, Cilingir Nəbiyev, Elvin Zakirov, Əli Ələsov, Tural Dəmirçiyev. Vüqar Əsgərov, Tapdıq Ağayev, Namiq Məmmədlidir. Birinci Qarabağ müharibəsində iştirak edən 12 nəfər haqqında isə məlumat yoxdur".

 

Qeyd edilib ki, ADPU-nun tələbə və məzunları, eləcə də əməkdaşları universitet fəaliyyətdə olduğu bir əsrdən çox müddət ərzində zaman-zaman vətənin müdafiəsi uğrunda əlinə silah qalaraq qətiyyyətlə savaşmış, qəhrəmanlıq göstərərək, şəhid və ya qazi olmuşlar.

 

"Bunların sırasında hələ II Dünya Müharibəsinin əfsanəvi qəhrəmanlarından Mehdi Hüseynzadədən tutmuş, I Qarabağ müharibəsi, Vətən müharibəsi və eləcə də Vətən müharibəsindən sonrakı döyüşlərdə savaşmış onlarla qəhrəmanı göstəmək olar. Ümumilikdə, I Qarabağ müharibəsində ADPU-nun 30-dan çox tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb ki, onlar arasında 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.  Universitetin 8 tələbəsi və yüzlərlə məzunu Vətən müharibəsi qazisi, 16 tələbə və məzunu Vətən müharibəsi şəhidi, 1 məzunu isə 2022-ci ilin Sentyabr döyüşləri şəhididir.

 

Pedaqoji universitetdə şəhid məzunların tanıdılması üçün bir sıra işlər görülüb. Belə ki, 2021-ci ildə Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru Taleh Mirzəyev tərəfindən Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq şəhid tələbə və məzunlar haqqında ensklopedik toplu – “Pedaqoji Universitetin Qəhrəmanları (ensklopedik toplu)” (https://ebooks.az/az/book/crgkzut) əsəri hazırlanaraq, ADPU-nun 100 illik yubiley nəşrləri seriyasında nəşr olunmuşdur. Universitetin əsas tədris binasında “Zəfər Guşəsi” və “Zəfər stendi” yaradılmış, III tədris binasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə tələbələrimiz tərəfindən hazırlanmış qorelyefin açılışı olmuşdur. ADPU nəzdində Pedaqoji Kollecdə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası istifadəyə verilmişdir. O cümlədən, ADPU-nun filiallarında da şəhid tələbə və məzunların adlarına guşələr və auditoriyalar açılmışdır.

 

Həmçinin, ADPU-da şəhid tələbə və məzunların xatirələrinin yaşadılması məqsədi ilə davamlı tədbirlər icra olunur, müvafiq strukturlar və tələbə təşkilatları tərəfindən şəhidlərin ailələri ziyarət olunur, şəhid və qazi ailələri ilə görüşlər keçirilir.

 

Eyni zamanda İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən daimi olaraq şəhid tələbə və məzunların məlumatlarının dəqiqləşdirilməsi və vikipediya kimi platformalarda haqqlarında məqalələrin yaradılması və ya redaktə olunması prosesi həyata keçirilir",- deyə universitetdən bildirilib.