Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 16:53:00
FLEX-in növbəti qalibi: “Amerikada təhsil alacağımı gözləmirdim...”

FLEX proqramının daha bir qalibi Lənkəran şəhər 4 saylı məktəbin 11c sinfinin şagirdi Nuray Aqşın qızı Məmmədzadə olub.

 

Belə ki, o, Amerikada yaşayan ailə tərəfindən qəyyumluğa götürüləcək və 1 il müddətində təhsilini orada davam etdirəcək.

 

AzEdu.az-a danışan FLEX-in qalibi Nuray Məmmədzadə bildirib ki, proqramda qalib olacağını gözləmirdi:

 

“Amerikada təhsil almaq əvvəlcədən fikrim olub. 7-ci sinifdə oxuyanda bu proqramı eşitdim. Həm də böyük bacım da bu proqramda iştirak etmişdi.Uzun müddətdir ki, ingilis dili bacarıqlarımı təkmilləşdirməyə çalışırdım.Həmçinin, 11-ci sinif buraxılış imtahanına görə bu fənn üzrə repetitor yanına da gedirdim. 2023-cü ilin avqust ayında FLEX proqramına qeydiyyat açıldı. Qeydiyyatdan keçdikdən sonra turlardan keçməyə başladım”.

 

Nuray Məmmədzadə abituriyentlərə dil öyrənməyi tövsiyə edib:

 

“Amerikada 1 il oxuduqdan sonra təhsilimi Azərbaycanda davam etdirəcəm. Kompüter mühəndisliyi üzrə təhsil almaq istəyirəm”.

 

Müsahibimiz bəzən ruhdan düşdüyünü, amma heç vaxt məqsədlərindən dönmədiyini qeyd edib:

 

“Valideynlərim Amerikada təhsil alacağımı biləndə çox sevindilər. Bu proqrama çox abituriyent müraciət edib. Azərbaycandan hazırda 20 nəfər keçib. 20 nəfərdən biri olmaq çox yaxşı bir hisdir”.