Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 11:54:00
"Brend tələbə" abituriyentlərə SƏSLƏNDİ - VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznesin idarəedilməsi ixtisasının III kurs tələbəsi İlham Abaslı tələbələrə tövsiyələr verib.

 

AzEdu.az xəbər verir ki, 2022-2023-cü tədris ili üzrə “Brend Tələbə” seçilən İlham, tələbəlik dövrünü daha səmərli keçirməyin yollarından danışıb.

 

O bildirib ki, təhsilin əsas məqsədi savadlı kadr kimi məzun olmaqdır:

 

“Tələbəlik dövründə yeni tanışlıqlar qurulur. Ancaq ən vacibi odur ki, universitetdən savadlı kadr kimi məzun olun. Heç də hər kəs universitetdə təhsil aldığı ixtisas üzrə ixtisaslaşmaq məcburiyyətində deyil. Ayrı bir peşəyə yiyələnmək öz əllərinizdədir. Əsas odur ki, vaxtınızı əbəs yerə sərf etməyəsiniz. Özünüzü inkişaf etdirin. İnkişaf vasitələrdən biri də könüllülük proqramlarıdır. Bu proqramlar ətrafınızı genişləndirməkdə, dünyagörüşünüzü artırmaqda böyük rola malikdir. 2-3 aylıq fəaliyyətdən başqa özünüzdəki dəyişikliyi görəcəksiniz",- deyə qeyd edib.

 

"Brend tələbə"nin tövsiyələrinin davamını dinləmək üçün bu linkə keçid edə bilərsiniz.