Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-30 11:20:00
Məktəbəhazırlıq qrupları:“Uşaqlara 3-cü sinif səviyyəsində biliklər öyrədilir”

“Azərbaycanda kütləvi şəkildə valideynlər uşaqlarını müxtəlif kurslara, hər hansı bir proqrama əsaslanmayan, guya məktəbəhazırlıq keçən insanların yanına qoyur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva deyib.

 

Xalidə Musayeva bildirib ki, uşaqların məktəbəhazırlığa getməməsi bir az valideynlərin ümidinə qalmış məsələdir:

 

“Məktəbəhazırlıq qruplarında olan proqramın eynisi bağçaların məktəbəhazırlıq qruplarında təkrarlanır. Yəni eyni standartlarla bağçalardakı məktəbəhazırlıq və məktəblərdəki məktəbəhazırlıq qrupları eyni işi görmüş olurlar. Bizi narahat edən məqamlardan biri özəl şəkildə təşkil olunmuş, heç bir nəzarəti olmayan inkişaf mərkəzləri, hər hansı bir lisenziya almadan sadəcə VÖEN əsasında işləyən müəssisələrdir. Bəzən bu tip yerlər fərqli yaş qruplarına aid olan uşaqları bir yerə toplayaraq, hazırlıq keçirlər. Bu da əlbəttə ki, birinci sinfə gələn uşaqlarda problem yaradır. Çünki müəyyən səviyyə var ki, uşaqlar o səviyyədə hazırlaşdırılmalıdır. Məktəbəhazırlıq qrupları ilə 1-ci sinif arasında varislik olmalıdır. Bu varisliyə mütləq riayət olunmalıdır”.

 

X.Musayeva vurğulayıb ki, bəzən birinci sinfə məktəbəhazırlıqdan gələn uşaqların 2,3-cü sinif səviyyəsində biliklər öyrədildiyini müşahidə edilir. Bu da uşağın dərsə olan marağının azalmasına gətirib çıxarır:

 

“Uşaqlar 1-ci sinfə müəyyən standartlar əsasında hazırlanmalıdır. Bu da onun özünü konfortda hiss etməsinə və təbii aparmasına səbəb olacaq”.