Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 12:04:24
Riyaziyyat fənni üzrə seçmə imtahanının nəticələri elan olundu

Riyaziyyat fənni üzrə 8 və 9-cu siniflər arasında beynəlxalq olimpiadalara hazırlıq dərsləri üçün keçirilən 29 oktyabr tarixli seçmə imtahanın birinci mərhələsinin nəticələri elan olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.



Nəticələrə əsasən, 60% və daha artıq (15 və daha yüksək doğru cavab) bal toplayan şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

 

İkinci mərhələ ilə bağlı məlumatlar isə Regional Təhsil İdarələrinə, həmçinin birinci mərhələdə qeydiyyat zamanı qeyd edilən mail ünvanlarına göndərilib.