Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 16:23:00
Ən çox hansı səbəblərdən yerdəyişmə edilir?! - Nazirlik rəsmisi cavabladı

Şagird yerdəyişməsi bir sıra səbəblərlə əlaqədar olaraq həyata keçirilir. Keçirilən sorğuya əsasən ən çox məktəb dəyişmək istəyən şəxslər şagird yerdəyişməsi üçün müraciət edir. Yerdə qalanlar isə sinifi, yaşayış yerini və digər səbəblərdən yerdəyişmə edilir.

 

Azedu.az-ın məlumatına görə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov müraciət edənlərin ən çox hansı səbəblərdən yerdəyişmə etməsi haqqında danışıb:

 

Açıklama yok.

 

“Bu vətəndaşların konstitüsyon hüququdur. Valideyn öz övladının oxumağını istədiyi məktəbi seçməkdə azaddır. Ancaq bu həmin məktəbdə boş yerlər olduğu halda mümkündür. Tərkibə nəzər salsaq görərik ki, ölkədə baş verən yerdəyişmələrin əksər hissəsi Bakı şəhəri və Abşeron ərazisinə edilir. Bu isə əhalinin köçü ilə bağlıdır. Bu isə təbii baş verən yerdəyişmə hadisəsidir. Bakı daxilində edilən yerdəyişmələrin böyük bir qismi vətəndaşların tez-tez yaşayış yerini bir məntəqədən baş bir məntəqəyə dəyişməsidir.

 

Digər yerdəyişmə müraciətlərinin əksər hissəsi də lisey və gimnaziyalara qəbulla əlaqəli həyata keçirilir. Az bir qisim olsa da sinifinə, məktəbinə uyğunlaşa bilməyən şagirdin başqa bir məktəbə köçürülməsi ilə bağlı yerdəyişmə müraciəti olunur. Ancaq bu o qədər də kütləvi xarakter daşımır”.