Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 17:11:00
Valideynlərin nəzərinə! Şagird yerdəyişməsi ilə bağlı yenilik!

“Ən çox qarşılaşılan problemlər bir övladının təhsil aldığı məktəbə digər övladını yerləşdirə bilməyən valideynlər müraciəti ilə bağlıdır. Çünki həmin məktəbdə yer olmur. Ancaq bu ildən sözügedən məsələ prioritet olaraq müəyyənləşdirilib”.

 

Bu sözləri Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov şagirdlərin yerdəyişməsində prioritetlik təşkil edən meyarlardan danışarkən qeyd edib:

 No description available.

“Artıq prioritetli növbə anlayışı var. Bunu sistem özü avtomatik tanıyır. Əgər sizin digər övladınız bir məktəbdə təhsil alırsa, sistem artıq sizi avtomatik növbəyə yazır. Bu o deməkdir ki, o məktəbdə yer mövcud olduqda birinci sizin övladınız yerləşdirilir.

 

Biz gələcəkdə prioritetlik məsələsinə ərazi və digər meyarları da əlavə etmək istəyirik. Bu isə əlavə texniki tapşırıq tələb etdiyi üçün mütəmadi olur. Onu da qeyd edim ki, hər il yerdəyişmə ilə bağlı hansısa yeniliklər tətbiq olunur və vətəndaşlara xidmətin keyfiyyətinin artırılması istiqamətində işlər görürük”.