Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 16:00:00
Yerdəyişmə müraciətinə direktor tərəfindən imtina gələrsə nə baş verər?

Şagirdlərin yerdəyişməsi zamanı bəzi hallarda məktəbin direktoru tərəfindən yerdəyişmə müraciətinə imtina cavabı gəlir.

 

Hansı hallarda imtina cavabı gələ bilər? İmtina verilən müraciətlər necə araşdırılır?

 

Azedu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov məlumat verib.

 

“Müəssisənin rəhbəri direktordur. Bəzi hallarda direktor yerdəyişmə edən şagirdə imtina cavabı verir. Məsələn, şagird 7 il xarici dil olaraq rus dilindən təhsil alıb. Ancaq yerdəyişmə etdiyi məktəbdə xarici dil ingilis dilidir. Bu zaman direktor imtina verə bilər. Çünki uzun müddət rus dilindən təhsil almış bir şagird birdən-birə ingilis dilinin tədris olunduğu məktəbə təhsil alsa, onun üçün böyük çətinliklər yaranar”.

 

O.Abbasov xüsusi olaraq qeyd edir ki, direktor tərəfindən imtina verilən bütün müraciətlər sonda Elm və Təhsil Nazirliyi tərəfindən araşdırılır:

 

“Verilən bütün imtinalarla bağlı izahat alınır. Əgər bu imtinanın heç bir əsası yoxdursa, sonradan bu proses bərpa olunur. Əgər il ərzində 160 minə yaxın yerdəyişmə olunduğunu düşünsək, statistik olaraq sözügedən faktların sayı 100-ü keçmir. Yəni kütləvi hal hesab oluna bilməz”.