Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 14:30:00
I sinfə qəbulla bağlı 36 928 sorğu yerləşdirilib

İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a məlumat verilib.

 

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si  sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

 

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

 

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.