Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 13:22:00
Peşə məktəbindən orta məktəbə yerdəyişmə hansı hallarda mümkündür?!

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilib. Valideylərin yerdəyişmə müraciətləri ilə əlaqəli maraqlandığı məqamlardan biri də peşə məktəbindən yenidən məktəbə qayıtmaqla bağlıdır.

 

Peşə məktəbindən ümumtəhsil müəssisəsinə yerdəyişmə edilə bilər? Bu hansı hallarda mümkündür?

 

Azedu.az xəbər verir ki, bu sualalrı Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov cavablandırıb.

 

“Xeyr, mümkün deyil. Çünki peşə təhsilin başqa bir formasıdır. Şagirdlər IX sinifi bitirdikdə dövlət nümunəli attestat alırlar. Bu attestatla peşə məktəbinə müraciət edirlər. Daha sonra peşə məktəblərinə qəbul prosesi keçirilir. Şagird qəbul olduqdan sonra artıq məktəbin kontingentindən çıxır.

 

X sinifə qəbulun vaxtı ayın 31-nə kimi uzadılıb. Şagird peşə məktəbinə və orta ixtisas təhsili müəssisəsinə müraciət edib qəbul ola bilmədiyi zaman yenidən məktəbin X sinifinə yerdəyişmə müraciəti edə bilər. Hər hansı digər səbəblərdən X sinifə qəbul üçün gecikən şəxslər 31-nə kimi müraciət edə bilər”.