Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 12:21:00
Paytaxt məktəbliləri qızıl medala layiq görülüblər

Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

 

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən AzEdu.az-a  məlumat verilib. 

 

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 26 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Əlizadə taekvando idman növü üzrə Belqradda keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb. I yeri qazanan Ş.Əlizadə qızıl medal və diplomla mükafatlandırılıb.

 

Bundan öncə məktəbli 2023-cü ilin avqust ayında Bosniya və Herseqovinada keçirilən dünya çempionatında da qalib gələrək II yerə layiq görülüb.

 

Paytaxtdakı 311 nömrəli tam orta məktəbin V sinif şagirdi Gülzar Şaripova isə bədii gimnastika üzrə Malayziyada keçirilən beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli qızıl medal və diplomla təltif olunub.

 

Qeyd edək ki, Gülzar Şaripova OCEP layihəsi çərçivəsində 311 nömrəli tam orta məktəbin şagirdi kimi Azərbaycanda Malayziyanın olimpiya mədəniyyəti və təhsil proqramını da təmsil edib.