Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 13:36:00
III qrupda niyə qız abituriyentlər oğlanlardan daha çoxdur? - SƏBƏBLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-21-də ali məktəbələrə qəbul imtahanları keçirib. Mayın 20-də III ixtisas qrupunun, mayın 21-də isə II ixtisas qrupu və həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də qəbul imtahanları təşkil olunub.


DİM-in təqdim etdiyi statistikaya əsasən, ali məktəblərə sənəd verən abituriyentlər arasında qızlar oğlanlardan xeyli çoxdur.

III qrupda imtahan verənlərin 5579 nəfəri oğlan16567 nəfəri isə qızdır. 

 

Bu ciddi say fərqinin səbəbləri ilə bağlı AzEdu.az-a danışan təhsil ekperti Adil Vəliyev bildirib ki, III qrupda qızların oğlanları üstələməsi humanitar fənlərin çox olması ilə əlaqələndirir.

 

“Bu qrupda qızların çox olması texniki fənlərin az, humanitar fənlərin çox olması ilə əlaqədardır”.
 

A.Vəliyev digər bir səbəb olaraq da valideynlərin qızlarına daha çox müəllimlik ixtisasını uyğun gördükləri üçün onları bu istiqamətə yönləndirdiyini düşünür.

 

“Əlavə olaraq bu qrupda müəllimlik və ya buna yaxın ixtisaslar daha çoxdur. Çox böyük ehtimalla qızların valideynləri bu qruplara müraciət etmələrini uyğun görüblər. Çünki valideynlər arasında qızlar və oğlanlar üçün “uyğun” görülən ixtisaslar mövcuddur. Qeyd etdiyim səbəblərdən III qrupra qızların müraciəti sayca belə çoxdur”.