Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 10:41:50
Ötən ilin məzunları hər iki imtahanın balından istifadə edə bilər? - CAVAB

Buraxılış imahanını ötən illərdə vermiş şəxslər növbəti illərdə universitetə sənəd təqdim edərkən  qəbul imtahanının I mərhələsindən (buraxılış imtahanı) topladıqları baldan istifadə edə bilərlər.

 

Buradan belə bir sual meydana çıxır ki, bəs onlar qəbul imthanının II mərhələsində əldə etdikləri balı da növbəti illərdə istifadə edə bilərlər?

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ötən ilin yalnız buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) balı qüvvədədir.

 

“Bu il qeydiyyatdan keçmisinizsə, qəbul imtahanının II mərhələsində iştirak etmək şərtilə müsabiqəyə qatıla bilərsiniz”.

 

Əlavə olaraq onu da qeyd edək ki, buraxılış imtahanının balı 2 il qüvədə qalır.