Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 14:48:00
İmtahandan 5 nəfər xaric olunub

Bu gün Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, 5 nəfər imtahandan xaric olunub.

 

Belə ki, 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan çıxarılıb.

 

Qeyd edək ki, imtahandan xaric olunan iştirakçıların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.