Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-23 16:50:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şəki-Zaqatala bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq əksər Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.

 

Bu yazıda isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.  

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, region üzrə ən yüksək bal toplayan Zaqatala şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin XI sinif şagirdidir. 

 

 

Açıklama yok.

 

Belə ki, adı çəkilən liseyin şagirdi Gülçin İbrahimova buraxılış imtahanlarının nəticələrinə əsasən 295 balla Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rayonları üzrə ən yüksək nəticə göstərib. 

 

***

Aşağıda Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik:

 


Açıklama yok.

Nurgül Əhmədova - Qəbələ şəhər Ş.Bulqədirov adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi - 288.7 bal

 

***
 

 

Açıklama yok.

Elgün Hacıxanlı - Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi - 288 bal


***

 

 Açıklama yok.

Şamay Osmanova - Balakən şəhər Humanitar və texniki təmayüllü liseyin XI sinif şagirdi - 285,7 bal


***

 

 Açıklama yok.

 Ləman Yaşarlı - Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi - 281 bal


***

 

Açıklama yok.

 Aysu Əzizova - Oğuz rayon Mollalı kənd tam orta məktəbin XI sinif şagirdi - 274 bal