Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 16:22:35
"Azad olunmuş ərazilərdə 780 şagird təhsil alacaq"


Yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 

Zəngilan rayon Ağalı kənd tam orta məktəbi- 11 sinif, 120 şagird, 15 müəllim ( Zəngilan rayon Ağalı kənd uşaq bağçası- 1 qrup), Tərtər rayon Talış kənd tam orta məktəbi- 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası- 1 qrup), Füzuli şəhər 1 nömrəli tam orta məktəbi- 11 sinif, 104 şagird, 15 müəllim Laçın şəhər 2 nömrəli tam orta məktəbi- 11 sinif 137 şagird, 16 müəllim Laçın rayonu Zabux kənd tam orta məktəbi- 11 sinif, 51 şagird, 15 müəllim Şuşa şəhər 1 nömrəli tam orta məktəbi- 12 sinif 349 şagird, 25 müəllim ( açılış cari tədris ili ərzində) vardır. 

 

Nazirin sözlərinə görə, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.