Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 16:20:09
Çox oxuyub, az bal yığan abituriyentlər nə etməlidir? - Ekspertdən ətraflı izah

“Onları imtahanlara həm də psixoloji  hazırlamaq lazımdır”

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarına olduqca ciddi hazırlaşan abituriyentlər yüksək nəticələr göstərərək arzuladıqları universitetlərə qəbul oluna bilirlər.

 

Lakin yüksək nəticə göstərmək üçün təkcə savadlı olmaq, çox oxumaq yetərli olmur.

 

Müşahidələr onu göstərir ki, bəzi hallarda savadlı, bilikli abituriyentlər imtahanlar zamanı yaxşı nəticələr göstərə bilmirlər.

 

Bəs bu nədən qaynaqlanır? Abituriyentlər öz biliklərini niyə görə imtahanlarda tətbiq edə bilmirlər?

 

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" - 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bunun çox nadir hallarda baş verdiyini qeyd edib:

 

“Birmənalı olaraq bildirmək istəyirəm ki, bütövlükdə DİM tərəfindən keçirilən qəbul və buraxılış imtahanlarından yüksək bal toplayan abituriyentlər, kifayət qədər biliyə malik, savadlı abituriyentlərdir:

 

“Yaxşı oxuyan şagirdlər bəzi hallarda sözügedən imtahanlarda yüksək nəticə göstərə bilmirlər. Ancaq bu kimi faktlarla çox az qarşılaşa bilərik. Əlbəttə, bu, ilk növbədə şagirdlərin keçirdiyi psixoloji gərginliklə bağlı ola bilər. Deməzdim ki, Dİm-in keçirdiyi imtahanlar çətin olduğuna görə həmin şagirdlər az bal toplayırlar. Bu suallar bütövlükdə proqramın məzmununu əhatə edir. Və yaxşı oxuyan, savadlı abituriyent bu proqram çərçivəsində hazırlaşdıqda, rahat şəkildə yüksək nəticə göstərə bilər.

 

Yenə də qeyd edirəm ki, yaxşı oxuyan şagirdlər yalnız bir halda imtahanlarda pis nəticə göstərməsi mümkündür. O da ki, psixoloji gərginlikdən və stresdən irəli gəlir. Təkcə Azərbaycanda keçirilən imtahanlarda yox, eyni zamanda müxtəlif ölkələrdə baş tutan imtahanlarda da bu problemlə qarşılaşırlar. Şagirdlər stres nəticəsində bildiklərini unudurlar.

 

Ekspert vurğulayıb ki, imtahanlar yalnız biliklərin yoxlanılması deyil, bunun psixoloji tərəfləri də var:

 

“Ona görə də, abituriyentləri imtahanlara həm də psixoloji  hazırlamaq lazımdır. Bir çox ailə şagirdlərdə motivasiya yarada bilmir. İmtahanda aşağı nəticə göstərməyi fəlakət kimi uşaqlarına yansıdan validenylər də var.  Və bu gərginlik imtahan zamanı özünü büruzə verir. Düşünürəm ki, cəmiyyətin özü bu məsələlərdə müəyyən qədər fəlakət daşıyır.

 

 Bizim cəmiyyət yalnız yüksək nəticə göstərən abituriyentləri dəyərləndirir. Bu da imtahanverənlərdə ifrat dərəcədə məsuliyyət və psixoloji gərginliyin artmasına gətirib çıxarır. Həm məktəb, həm valideynlər, həm də cəmiyyətin özündən gələn basqılar var ki,  nəticəsi zəif olan abituriyentləri dəyərsizləşdirirlər. Və bu, düzgün deyil. Bir valideyn öz övladının dəyərini imtahanlarda yüksək nəticə qazanması isə ölçməməlidir.

 

Abituriyentlərdə “Bu imatahanlarda yaxşı nəticə göstərməsəm , mənim üçün hər şey bitdi”düşüncəsi var. Sözsüz ki, bu çox yanlış düşüncədir. Cəmiyyətdə insanları qiymətləndirərkən, bunu bir imtahanın uğurları ilə ölçməmək lazımdır. Hesab edirəm ki, ailələr, müəllimlər abituriyentlərin yanında olmalı, dəstək verməlidirlər. Onların həyatı bir imtahandan ibarət deyil, bütünlükdə həyatın özü bir imtahandır”.