Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 11:36:32
“Bu il 56 min nəfər müəllim olmaq istəyir” - Emin Əmrullayev


“Bu il 56 min nəfər müəllim olmaq istəyir”.

 

AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir vurğulayıb ki, müəllimlik peşəsi ən rəqabətli sahədir:


“Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib.

 

Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək”.