Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 14:23:49
Məktəb binaları zəlzələyə dayanıqlıdırmı? – Memar: “...Möhkəm tikilir”  

Ötən gecə Xəzər dənizinin Azərbaycan sahilində baş vermiş 5.7 bal gücündə zəlzələ ölkə əhaləsini təşvişə saldı.

 

Zəlzələ zamanı insanların əksəriyyəti yaşayış binalarını tərk edərək, küçələrə axın etdilər. Ümumiyyətlə, təbii fəlakətdən sonra yaşayış binalarının zəlzələyə dayanıqlı olub-olmaması müzakirə predmetinə çevrildi.

 

O cümlədən, məktəb binalarının da dayanıqlılıq səviyyəsi insanları narahat edən məsələlərdən biridir.

 

Bəs minlərlə şagirdin təhsil aldığı məktəblər zəlzələyə dayanıqlıdırmı?

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən tanınmış memar Elçin Əliyev ölkəmizdə tikilən məktəb binalarının maksimum dərəcədə zəlzələyə dayanıqlı olduğunu bildirib:

Açıklama yok.

 “Memarlıqda belə bir prinsip var ki, bütün ictimai binalar daha möhkəm tikilir. Azərbaycanda yeni tikintilərin zəlzələyə dayanıqlığı 8-9 ballıq qəbul olunursa, məktəb binaları, səhiyyəyə aid olan binalar, ümumiyyətlə bütün ictimai binalar daha möhkəm tikilir. Kütləvi şəkildə insanların mövcud olduğu binaların tikintisinə daha çox məsuliyyətlə yanaşılır”.