Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 10:45:43
DİM-dən hakim olmaq istəyənlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi 2023-cü il iyulun 16-da keçiriləcək hakim vəzifəsinə qəbul imtahanında iştirak etmək istəyən namizədlərə müraciət edib. 

 

AzEdu.az-a DİM-dən verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər: 

 

https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı 2023-cü il iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.