Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 12:13:00
Ekspertdən nazirliyə çağırış: “Qəbul formatı dəyişməlidir”

“Xırdalanda müəllim yanına hazırlığa gedən iki azyaşlı qız intihar edib. Məlumata görə yenə bir başqası da həmin binada intihar edib. Çox müəammalı məsələdir. Araşdırılmalıdır”.

 

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib.

 

 No description available.

 

Xatırladaq ki, ekspertin bəhs etdiyi hadisə 24 avqust tarixində Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib. 16-17 yaşlı qız özünü yaşayış binasından ataraq ölüb. Qeyd edək ki, bu, eyni binada qısa bir müddət ərzində baş verən ikinci intihar hadisəsidir. Ötən ayın 12-si 15 yaşlı qız özünü binanın 17-ci mərtəbəsindən atmışdı. 

 

 

Ekspert hadisənin səbəblərindən biri kimi valideynlərin təhsili məktəblərdə deyil, ayrı-ayrı şəxslərin evində axtarmağını göstərir:

 

 

“Ümumiyyətlə, valideyn axı niyə təhsili məktəbdə yox, kiminsə evində axtarmalıdır? Biz qəbul qaydalarını mütləq sadələşdirməli, fənlərin sayını azaltmalıyıq”.

 

 

E.Əfəndiyevin fikrincə, uşaqların sərbəstlikləri onların təhsillərinə birbaşa maneə olan faktordur”.

 

“Bundan əlavə tez-tez rastlaşıram ki, bəzi uşaqlar müəllim yanına hazırlıq adı ilə çıxır, amma öz əyləncələrində olurlar. Valideyn övladına 2-3 min manatlıq telefonu verib, özünü də hansısa "bunker müəllim" adlandıran şəxsə həvalə edib. Nəticədə ilin sonunda məlum olur ki, ümumiyyətlə, ortada nəticə yoxdur, olan nəticə də bərbaddır”.

 

 

Ekspert təklif edir ki, müvafiq nazirlik və mərkəzi imtahan qurumu bütün detalları nəzərə alaraq qəbul formatını dəyişməlidir:

 

“Məktəb bilikləri əsasında prosesi tənzimləməli, məktəb nüfuzunu artırmalıdırlar. Əks halda bu gediş heç də xoş olmayan gələcək gətirəcək!”.