Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 08:56:00
Müəllimlər yay tətilini harada keçirirlər? Kurioz cavablar  

 

 2022-2023-cü tədrisi ili artıq başa çatıb. Müəllimlər hazırda məzuniyyətdədirlər. Beynəlxalq təcrübədən də bilirik ki, əcnəbi müəllimlər yay tətilində dünya turlarına, səyahətə çıxır, məzuniyyət dövründə mənalı günlər keçirməyə, doyunca dincəlməyə çalışırlar. Bu həm onların  dincəlməsinə, həm də dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərir.

 

Bəs Azərbaycanda müəllimlər məzuniyyət dövrünü necə dəyərləndirir, yay tətilini harada keçirirlər?

AzEdu.az saytı bu sualın cavabını tapmaq üçün müəllimlərlə sorğu keçirib.

 

Müəllimlərimizin cavablarını olduğu kimi təqdim edirik.

 

 

Müəllim Gülməmməd Məmmədov deyir ki, yay tətilini oxumaqla keçirəcək.

 

 

Sürəyya Abbasova bildirir ki, tətil müddətində müsahibəyə hazırlaşır.

 

 

Rahmey Qədirova söyləyib: “Həyəcan içində keçirirəm”.

 

 

Əli Bədirov isə ümumiyyətlə dincəlmir:

 

 “İmtahana hazırlaşırıq, nə məzuniyyət?!”

 

 

Tünzalə İsmayılova hazırda istirahət deyil, müsahibə kabusu yaşadığını vurğulayıb.

 

 

Yay tətilində dincəlməyib işləyəcəyini bildirən müəllimlər də var.

 

 

 İlham Ağayev işləyəcəyini qeyd edib: “Təsərrüfatda işləyəcəyəm”

 

 

 Samir Feyzili artıq başqa iş də tapıb: “Yay tətilində 2 işdə birlikdə işləyirəm. Dincəlmək yoxdur”.

 

 

Rufat Soltanov maraqlı fakt açıqlayıb: “Qonşu həyətində tikinti işləri gördürür. Məlum oldu ki, ustası da, fəhləsi də rayondan gələn müəllimlərdi”.

  

Müəllimlər arasında yay tətilini evdə keçirənlər də var:

 

Həmidə Həmidova: “Evdə 50 dərəcə istidə dəyərləndirirəm”.

 

 

Tamella Hüseynova: “Necə olacaq? Xalça yu, mürəbbə bişir, kompot, şoraba hazırla, meyvə qurut. Məktəb başlasa, dincələrik bu ev işlərindən”.

               

 

Zümrüd Məmmədova: “Günlərim mətbəxdə pomidor baglamaqdır”.

 

 

İki nəfər isə ölkəmizin rayonlarında istirahət etdiyini yazıb:

 

 

Sevinc Məmmədova: “Bərdə İstirahət mərkəzində dincəlirəm”.

 

 

Aqşin Əliyev: “Qaxda iş başında istirahət edir”.

 

Qeyd edək ki, əksər müəllim yay tətilini sertifikasiya və müəllimlərin işə qəbulu müsabiqəsi üçün müsahibəyə hazırlaşaraq, keçirdiyini qeyd edib.