Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 18:03:57
“ADA -nın Qazax Mərkəzi bölgə üçün zəruridir” - RƏY+FOTO  

 

Xəbər veridiyimiz kimi, bu gün  Prezidenti İlham Əliyev bir neçə təhsil müəssisəsinin açılış mərasimində iştirak edib.

 

 

Dövlət başçısı ADA Universitetinin Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Bundan başqa, Prezident Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

 

Eyni zamanda  ölkəmizin başçısı Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılış mərasiminə qatılıb.

 

 

Səfəri və açılış tədbirlərini yüksək dəyərləndirən təhsil eksperti Kamran Əsədov AzEdu.az-a bildirib ki, ADA universiteti yarandığı 15 il ərzində ölkəmizin təhsil mühitinə yeni bir istiqamət gətirib:

 

 

 

“Bu gün artıq beynəlxalq istiqamətlərə cavab verən qiymətləndirmə, tədrisin təşkili, idarə olunması ilə bağlı qaydalar ADA universitetində təşkil olunur. Sözügedən universitet yalnız yüksək təhsil vermir, həmçinin, bölgələrdə də təhsilin inkişafı ilə bağlı ciddi layihələr həyata keçirir. Məsələn “Bir müəllimin manifesti” kimi mükəmməl bir layihələri var. Həm də, Azərbaycanın bölgələrində çalışan müəllimləri xaricə aparırlar. Onlara təhsillə bağlı dünya təcrübəsini öyrədirlər.

 

 ADA universitetinin Qazax müəllimlər seminariyasının yerində, yeni yaradılmış Qazax Mərkəzini xüsusilə vurğulamalıyıq. Məlum olduğu kimi, Azərbaycanda müəllim kadrları 1876-cı ildə Qori müəllimlər seminariyasında yetişirdi. 1879- cu ildə isə seminariyanın Azərbaycan bölməsi açıldı. Məhz 20-ci əsrin əvvələrindəki siyasi proseslərdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti yaranması və digər hadisələr həmin müəssisənin Gürcüstandan Azərbaycana gətirilməsini qaçılmaz edirdi. Düzdü,  Firudin bəy Köçərli bu müssisənin Gəncədə olmasını istəyirdi, lakin Qazax ziyalılarının diqqəti, qayğısı ilə Qazax Müəllimlər Seminariyası yaradıldı”.

 

 

Ekspert vurğulayıb ki,  təhsil keyfiyyətinə görə ADA universitetinin Qazax Mərkəzi digər universitetlərdən fərqlənir:

 

“Prezidentimiz bu gün ADA universitetinin Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu. Mənim üçün bu ikiqat sevincdir. Ona görə ki, həmin universitetdə magistratura təhsili almışam. Universitetin Qazax mərkəzində 3 dəfə olmuşam. Oradakı şərait bölgə üçün olduqca zəruridir. Çünki buna qədər Qazaxda Bakı Dövlət Universitetinin filialı və  yaxın ərazilərdə Gəncədə universiteti var. Amma ADA universitetinin Qazax mərkəzi  infrastruktur, dizayn, təhsilin təşkili baxımından tam müasir standartlara cavab verir. Bu bizim qonşu Gürcüstandakı azərbaycanlıların da burada təhsil alıb, mütəxəssis kimi orda işləməsinə imkan verəcəkdir”.

 

K.Əsədov onu da qeyd edib ki, ADA universiteti Azərbaycan təhsilində “Brend”ə çevrilib.

 

“Sözügedən ali təhsil müəssisəsi təhsilin inkişafına öz töhfələrini verir, beynəlxalq konfranslar, tədbirlər həyata keçirir.  ADA-nın Qazax Mərkəzində təkcə mütəxəssislərə yox, həm də orada çalışan müəllimlərə də mütamadi təlimlər keçirilir. Bu yaxşı bir haldır. Biz Prezidentin Qazax səfərində də gördük ki, bu universitetin infrastrukturu nə qədər mükəmməldir. Çox maraqlıdır ki, Qazax Müəllimlər Seminariyası bərpa olunanda bütün tarixi qaydalara riayət olunub. Binanın bərpası zamanı, onun gözəlliyi qorunub, tarixi yanaşmalar saxlanılıb.

 

Hesab edirəm ki, artıq bölgədə bu tipli təhsil müəssisələrinin yaradılması, bölgələrdə ali təhsilin inkişafına və müəssisələr arasında rəqabətin yaradılmasına gətirib çıxaracaq”.

Bir 2 kişi ve anıt görseli olabilir

 

Bir 3 kişi, takım elbise ve iç mekan görseli olabilir

 

Bir 4 kişi ve aydınlatma görseli olabilir

 

 

Bir 2 kişi, iç mekan ve şömine görseli olabilir