Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 12:21:08
“İnsan işıq saçarsa, nə baş verər?” – Ekspert də cavab tapmadı - TƏNQİD  

 

 Nadir İsrafilov: “ Ona görə də müsahibə suallarını tərtib edilməsi üçün elə peşəkarlar cəlb olunmalıdır ki, o həm uşağın psixologiyasına, həm yaş uyğunluğuna, həm də tələb olunan ümumi savada malik olsun”

 

 

 

Tanınmış jurnalist, Azvision.az saytının rəhbəri Vüsal Məmmədovun qızı Bakı Avropa Lisyeninin I sinifinə qəbul olmaq üçün müsahibəyə qatılıb.

 

Peut être une image de 17 personnes et personnes souriantes

 

Ancaq müsahibədə verilən “İnsan işıq saçarsa, nə baş verər?” sualı onun lazımi balı toplaya bilməməsinə səbəb olub. Və bu hal sosial şəbəkələrdə geniş müzakirə və tənqid predmetinə çevrilib.

 

I sinifə namizəd olan bir şagirdə belə bir sualın verilməsi nə dərəcədə doğrudur?

 

 Nadir İsrafilov: ”Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi  yetişdirən də bizik...”-IV Yazı - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun fikrincə, bu sual heç bir halda doğru sayıla bilməz:

 

“Təhsil qanunvericiliyinə görə dövlət məktələrində təhsil icbaridir. Lisey və gimnaziyalarda I sinifə qəbul müsahibə yolu ilə həyata keçirilir. Ancaq bu o demək deyil ki, müsahibədə bu qədər qəliz sual verilsin. Sualın belə çətin salınması müəssisəni daha keyfiyyətli göstərmir.

“İnsan işıq saçsa, nə olar?”- bu I sinfə namizəd birinin yaşına uyğun sual deyil. Gəlin görək biz bu suala cavab verə bilirikmi? Biz belə mahiyyəti anlamaqda çətinlik çəkirik.

İstər I sinfə qəbul, istərsə də müəllimlərin işə qəbulu olsun test imtahanı bir kənara, müsahibə də təşkil olunur. Müsahibədə test imtahanından keçmiş, lakin arzuolunmaz savadda olan şəxsləri kənarlaşdırmaq üçün daha qəliz suallar salırlar. Ancaq bu situasiyada söhbət 6 yaşlı uşaqdan gedir”.

Ekspert düşünür ki, əsas günah o sualları tərtib edənlərdədir:

“Tək problem müsahibədə deyil. Dərsliklərimizdə də belə qəlizlikləri görmək mümükündür. Dərslikləri müəyyən bir ixtisas sahibi, məktəbdə müəllim olaraq çalışmış biri hazırlamalıdır. Tək məsələ nəzəriyyə deyil. Onun şagirdə necə çatdırılacağı da əsas nüanslardan biridir. Bu da xüsusi bacarıq tələb edir. Hər yaş qrupuna uyğun fərqli təqdimetmə forması var. Ona görə də müsahibə suallarını tərtib edilməsi üçün elə peşəkarlar cəlb olunmalıdır ki, o həm uşağın psixologiyasına, həm yaş uyğunluğuna, həm də tələb olunan ümumi savada malik olsun”.

Müsahibimiz onu da əlavə edib ki, dövri inkişafla əlaqədar erkən təhsilə başlayırıqsa, yaş dövrünə uyğun da təhsil proqramı qurulmalıdır:

“Hazırki dövrümüzdə hər sahədə inkişafla ayaqlaşmağa çalışırıq. Uşaqlara ən balaca yaşından təhsilə cəlb edirik. Uşaq öz uşaqlığını yaşamalıdır, əqidəsi formalaşmalıdır. Ancaq erkən yaşdan təhsilə başlayırıqsa, yaş dövrünə uyğun da təhsil proqramı hazırlanmalıdır”.

 

Məsələ ilə bağlı Bakı Avropa Lisyenindən münasibət öyrənməyə çalışsaq da, səylərimiz nəticəsiz qaldı.