Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 15:09:27
Mehriban Əliyevanın təhsilə verdiyi töhfələr əvəzsizdir  

 

 

Etibar Əliyev: “Mehriban xanım hər zaman uşaqların yüksək təhsilinin qayğısına qalıb”

 

 

 

 Sabah Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. 

 

1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir.

 

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Aida xanım İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat edib.

 

Mehriban xanım Əliyevanın ziyalı ailəsində dünyaya gəlməsi onun gələcək fəaliyyətində çox müsbət izlər buraxıb, buraxır. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Bu fəaliyyət, eyni zamanda, respublikamızın tərəqqisinin sürətləndirilməsi və davamlı xarakter alması, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün də parlaq nümunədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.

 

Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti xalqımızın və dövlətimizin mənafeyinə xidmət edir.

 

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur. Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.


Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial, humanitar, elm və təhsil sahələrində böyük işlər görür.

Bu mənada Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir.

 

 

İstefa verən deputatdan açıqlama - Nazirlə şəxsi yazışmaları yayıldı... -  GlobalInfo.az

 

Mehriban xanım Əliyevanın uşaqların təhsil həyatındakı rolundan söz açan millət vəklili, təhsil eksperti  Etibar Əliyev  AzEdu.az-a bildirib ki, Birinci vitse-prezidentin təhsilə verdiyi töhfələr əvəzsizdir:

 

“Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti və Birinci vitse-prezident kimi hər zaman uşaqların yüksək təhsilinin qayğısına qalıb. Onların sağlamlığının qorunması istiqamətində çox böyük işlər görüb.

 

 

Təhsil tükənməz kapitaldır. Təhsil insan kapitalıdır. Mehriban xanım çox yüksək təhsilli bir şəxsdir. Ona görə də Mehriban xanımın hər zaman ölkədə uşaq bağçalarından tutmuş, ali təhsil şəbəkəsinin və insan kapitalının inkişafındakı rolu xüsusilə qeyd olunmalıdır. Yenilənən məktəb layihəsi, müasir tələblərə cavab verən körpələr evinin, uşaq bağçalarının açılmasında Mehriban xanımın gördüyü işlər xüsusilə diqqətə layiqdir. 2764 şagird yerlik 4 məktəb inşa edilir.

 

 

Düşünürəm ki, zaman keçdikcə onun bu sahədəki təşəbbüsləri, praqmatik addımları öz bəhrəsini verib, gələcəkdə də verəcəkdir.

 

 

Mehriban xanımın körpələr evinin, uşaq bağçalarının açılışında uşaqlara nəvazişini görmüşük. Mehriban xanımın təhsilin ilkin pilləsinə, orta təhsilə olan qayğısını bütün Azərbaycan cəmiyyəti yüksək qiymətləndirir”.