Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 12:30:00
Bu universitetə 1 il vaxt verildi : ya nöqsanlar aradan qalxır, ya da…

 

 

 

“5 ali təhsil müəssisəsi - Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqatisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Sumqayıt Dövlət Universitetinin (SDU) akreditasiyası tamamlanıb. Nəticələri görə AzTU, BDU, UNEC, ADPU əsasən uyğun, SDU isə qismən uyğun olaraq qiymətləndirilib. Aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün Sumqayıt Dövlət Universitetinə 1 il vaxt verilib.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, 5 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirilməsi tamamlanıb və qərar vermə mərhələsindədir:

 

“Bunlara  Azərbaycan Memarlıq və İnşaat Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, UNEC Zaqatala filialı daxildir”.  

 

Qeyd olunan 10 universitet - Bakı Mühəndislik Universiteti, ADA, Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti , Qərbi Kaspi, Bakı Biznes Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  üzrə akkreditasiya qiymətləndirilməsinin yeni tədris ilində keçirilməsi nəzərdə tutulur.