Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 08:57:39
Masallıda qəza: məktəbli ağır xəsarət alıb


Masallı rayonunda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb.

 

AzEdu.az  “ Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü İsmayılov Amin Sərxan oğlu ağır bədən xəsarətləri alıb.

 

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.